Dünya

ABŞ Yaxın Şərqdəki bazalarından hərbçiləri təxliyə edir

ABŞ Yaxın Şərqdəki bazalarından hərbçiləri təxliyə edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon İranın hücumlarından sonra Yaxın Şərqdəki bir neçə ABŞ bazasından hərbçilərini təxliyə edib.

7Times.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli İctimai Radiosu (NPR) məlumat yayıb.

Məlumata görə, İranın Bəhreyndəki bazaya raket və pilotsuz təyyarə hücumu başlatdıqdan sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə edilib. Məlumatda bölgədəki digər bazalardan da təxliyə işlərinin aparıldığı bildirilir.

Məlumatda ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı olan Bəhreyndəki bazadan təxminən 1500 hərbçi və onların ailələrinin təxliyə edildiyi bildirilir.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından əvvəl bu bazada təxminən 8000 nəfər xidmət edib.