Hərbi

İsrail ordusu Tehranda HHM sistemlərinə və hərbi obyektlərə hücum edib

İsrail ordusu Tehranda HHM sistemlərinə və hərbi obyektlərə hücum edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Ordusu Tehranda İranın əsas infrastruktur obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 3-də endirilən zərbələr zamanı İsrail ordusu İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) obyektlərini, o cümlədən təyyarələri vurmaq üçün nəzərdə tutulan raketlərin saxlanıldığı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) HHM obyektini vurub.

Bundan əlavə, İsrail ordusu İranın elmi-tədqiqat və təcrübi konstruktor işlərinin mühafizəsinə cavabdeh olan hərbi obyektə zərbə endirib.

“Paralel olaraq, İsrail Müdafiə Ordusu ballistik raketlərin saxlanıldığı obyektə, həmçinin müharibə vasitələrinin digər istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor obyektlərinə zərbələr endirib”, – bəyanatda bildirilib.