Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Çində həm məhdud, həm də geniş tərkibli görüşlər keçirəcəklər.
7Times.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Onun sözlərinə görə, Putin səfər öncəsi Çin mediasında ənənəvi məqalə əvəzinə Çin vətəndaşlarına videomüraciət ünvanlayacaq.
Uşakov bildirib ki, səfər çərçivəsində Rusiya və Çin arasında sənaye, nəqliyyat və atom energetikası sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı təxminən 40 sənəd imzalanacaq.
Məlumata görə, Putin və Si Cinpin strateji tərəfdaşlığın gücləndirilməsi haqqında birgə bəyanat da imzalayacaqlar. Liderlər, həmçinin Rusiya və Çində qarşılıqlı təhsil illərinin açılış mərasimində iştirak edəcəklər.
Qeyd olunub ki, mayın 20-də liderlər çay süfrəsi arxasında beynəlxalq gündəmdəki aktual məsələləri də müzakirə edəcəklər.
Danışıqların yekununda Putin və Si Cinpin KİV nümayəndələri qarşısında bəyanatla çıxış edəcəklər.
Uşakov əlavə edib ki, Putinin Çin səfəri ilə ABŞ Prezidenti Donald Trampın mümkün Çin səfəri arasında heç bir əlaqə yoxdur.
Modern.az
Follow @7timesaz


