Ölkə

Xüsusi karantin rejiminin müddəti UZADILDI

Xüsusi karantin rejiminin müddəti UZADILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.

7Times.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti 2026-cı il iyulun 1-i saat 06:00-dək müəyyən edilmişdi.