Ölkə

Noyabrın pensiya ödənişləri yekunlaşdı

Noyabrın pensiya ödənişləri yekunlaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

7Times.az-a bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.