Dünya

İranda matəm elan olundu

İranda matəm elan olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hökuməti mərhum ali lider Ayətullah Seyid Əli Xameneinin iyulun 9-da Məşhəddə keçiriləcək dəfn mərasimi ilə əlaqədar ölkə üzrə matəm elan edib.

7Times.az İran KİV-nə istinadən xəbər verir ki, məlumatı hökumətin sözçüsü Fatimə Mühacirani açıqlayıb.

O deyib ki, Nazirlər Kabinetinin bu gün qəbul etdiyi qərara əsasən, Ayətullah Xameneinin dəfn mərasimində iştirak edənlərin Tehrandan geri qayıdışını asanlaşdırmaq məqsədilə iyulun 7-si, çərşənbə axşamı günü paytaxtda rəsmi tətil elan edilib.

Mühacirani qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, “İran şəhidi” kimi anılan Ayətullah Xameneinin Məşhəd şəhərində keçiriləcək dəfn mərasimi ilə əlaqədar iyulun 9-u, cümə axşamı günü ölkə üzrə rəsmi matəm günü elan olunub.

Rəsmi proqram üzrə vətəndaşlar üçün Xamenei ilə vida mərasimi iyulun 4-də saat 06:00-da Tehrandakı İmam Xomeyni Musallası kompleksində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Tehran, Qum və İraqdakı mərasimlərdən sonra mərhum liderin iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılması nəzərdə tutulur.