Ölkə

Qatar bərpa edilidi – Gürcüstana gedənlərin sayı artdı?

Qatar bərpa edilidi – Gürcüstana gedənlərin sayı artdı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı–Tbilisi qatarının bərpası Gürcüstana səfərlərə təsir edib – may ayında artım qeydə alınıb

Azərbaycan və Gürcüstan arasında 6 ildən sonra yenidən fəaliyyətə başlayan Bakı–Tbilisi–Bakı sərnişin qatarı Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayına müsbət təsir göstərməyə başlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq 756,6 min nəfər olub. Bu müddətdə Gürcüstana səfər edənlərin sayı da 4,4 faiz azalıb və ölkə Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu üçüncü istiqamət olaraq qalıb.

Lakin aylıq göstəricilərdə Gürcüstana səfər edənlərin sayında artım qeydə alındığını görmək mümkündür.

 Belə ki, 2026-cı ilin may ayında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artaraq 19,7 min nəfərə yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin may ayında bu göstərici 18,6 min nəfər idi.

Bu artımın səbəblərindən biri kimi Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası göstərilir. “Azərbaycan Dəmir Yolları” QSC 26 may 2026-cı il tarixindən etibarən təxminən bu marşrut üzrə fəaliyyətini yenidən bərpa edib.

Xatırladaq ki, qatar reysləri COVID-19 pandemiyası ilə əlaqədar 19 mart 2020-ci ildən dayandırılmışdı.

Onu da qeyd edək ki, pandemiyadan əvvəl – 2019-cu ildə Azərbaycandan Gürcüstana təxminən 1,6 milyon səfər qeydə alınmışdı.