Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlarla iş üzrə naziri Ayman əs-Səfadi arasında iki mühüm sənəd imzalanıb.
7Times.az xəbər verir ki, sənədlər viza və enerji sahələrini əhatə edir.
“Beləliklə,Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsinə dair Saziş və
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


