Dünya

Trampın Qrenlandiya iddialarına Kopenhagendən sərt reaksiya

Trampın Qrenlandiya iddialarına Kopenhagendən sərt reaksiyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya növbəti iddialarından sonra, Kopenhagenin öz ərazisini müdafiə etməyə hazır olduğunu açıqlayıb və bu məsələdə “aydın mövqeni” xatırladıb.

“7Times.az” xəbər verir ki, o bildirib ki, Qrenlandiya satılmır və Danimarkanın bütün müttəfiqləri bunu başa düşəcək. Baş nazir ABŞ-ni Qrenlandiyalıların özlərinin Danimarkanın tərkibində qalmaq mövqeyini nəzərə almağa çağırıb.

“Biz NATO ərazisinin hər metrini, o cümlədən öz ərazimizi müdafiə etməyə hazırıq. NATO-nu illər əvvəl yaratmağımızın səbəblərindən biri də o idi ki, əgər birimizə bir şey olsa, digərləri də onu dəstəkləməlidir,” Fredriksen deyib.

Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin Tramp adanı ABŞ-yə birləşdirmək niyyətini dəfələrlə açıqlayıb. Yanvarda o, milli təhlükəsizliyi təmin etmək üçün əraziyə nəzarət qurmaq planlarını bəyan edib.

AzPolitika