Ölkə

Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq

Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirdiyi satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq.

7Times.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin iclasında satınalmalarla bağlı müzakirələr zamanı deyib.

O bildirib ki, qaldırılan məsələlərlə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaydalar hazırlanacaq.

Deputatın sözlərinə görə, həmin qaydalarda şəffaflıq prinsipi də daxil olmaqla, səsləndirilən təklif və iradlar nəzərə alınmalıdır.

Azər Əmiraslanov qeyd edib ki, təqdim olunan qanun layihəsi ilk növbədə hər bir dövlət müəssisəsinin malik olduğu xüsusi vəsaitlərlə dövlət vəsaitləri arasındakı sərhədləri müəyyən edir.

“Bu, xüsusi satınalma rejimi deyil. Söhbət hər bir halda müəssisənin özünün malik olduğu vəsaitlər hesabına həyata keçirilən satınalma əməliyyatları üçün müəyyən edilmiş rejimdən gedir”, – deputat vurğulayıb.

O əlavə edib ki, yaxın dövrdə satınalmalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.