Dünya

Paşinyan özünə yeni köməkçi təyin etdi

Paşinyan özünə yeni köməkçi təyin etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Aram Asryanın hökumət başçısının köməkçisi təyin edilməsi ilə bağlı qərar imzalayıb.

7Times.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Aram Asryan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO), Guildford Hüquq Kollecində təhsil alıb. O, həmçinin Oksford Universitetində hüquq və maliyyə üzrə magistr (MSc) dərəcəsi əldə edib.

Qeyd edək ki, Paşinyan iyunun 15-də dünyanın aparıcı universitetlərinin məzunlarını bilik və peşəkar təcrübələrini Ermənistanın dövlət idarəetmə sisteminin xidmətinə yönəltməyə çağırıb.

Aram Asryan Baş nazirin bu çağırışına cavab verən 1141 namizəddən biri olub. Müsahibələr və peşəkar qiymətləndirmənin nəticələrinə əsasən, o, Ermənistan hökumətinin kadr bankına daxil edilib.