Ölkə

Xaçmazda Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub – FOTOLAR

Xaçmazda Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz rayonunda Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 108-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, digər hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Rayon prokuroru Rəşad Məmmədov prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, fəaliyyətdə qanunun aliliyi, obyektivlik, ədalət və vətəndaşların hüquqi mənafelərinin qorunması hər zaman əsas prioritet təşkil edir.
Tədbirdə iştirak edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik ediblər. Onlar hüquq pozuntularına qarşı birgə mübarizədə və ictimai təhlükəsizliyin qorunmasında prokurorluq orqanları ilə sıx əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıblar.