2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində 500 nəfər həlak olub, 640 nəfər xəsarət alıb.
7Times.az xəbər verir ki, hesabat dövründə ölkə ərazisində 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azdır.
Hadisələr nəticəsində ölən və yaralananların ümumi sayı isə illik müqayisədə 9,8 faiz azalıb.
Qəzaların 34 faizi şənbə və bazar günlərində, 41,8 faizi isə gecə vaxtı baş verib.
Həlak olanların 76,8 faizini, xəsarət alanların isə 72,2 faizini kişilər təşkil edib.
Follow @7timesaz


