İsveçrənin Sürix, Bern və Lozanna şəhərlərində hərbi xərclərin artırılmasına qarşı keçirilən aksiyalarda 40 mindən çox insan iştirak edib.
7Times.az xəbər verir ki, aksiya iştirakçıları təhsilin inkişafı və iqlimin qorunması istiqamətində də tədbirlər görülməsini tələb ediblər.
Aksiyalar zamanı polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Polis əməkdaşlarına daş və pirotexniki vasitələr atılıb. Polis isə nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Bir gün əvvəl Almaniyada məcburi hərbi xidmətə qarşı keçirilən aksiyalarda 87 min nəfər iştirak edib.
Follow @7timesaz


