Ölkə

Qaz limitləri sıfırlanır – Vətəndaşların nəzərinə!

Qaz limitləri sıfırlanır – Vətəndaşların nəzərinə!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda təbii qaz üzrə illik istehlak limiti 2027-ci il yanvarın 1-də yenilənəcək.

7Times.az xəbər verir ki, bununla da abonentlərin yeni təqvim ili üzrə qaz sərfiyyatının hesablanmasına başlanacaq.

Hazırda əhali üçün təbii qazın qiyməti illik istehlak həcmindən asılı olaraq üç pillə üzrə müəyyənləşdirilir:

-İllik 1200 kubmetrədək – 12,5 qəpik;
-1200–2500 kubmetr arası – 22 qəpik;
-2500 kubmetrdən artıq – 30 qəpik.

Beləliklə, 2026-cı ildə istifadə edilmiş qaz həcmi 2027-ci ilin limitinə daxil edilməyəcək. Yanvarın 1-dən etibarən yeni illik hesablama dövrü başlayacaq.

Elektrik enerjisi üzrə isə fərqli qayda tətbiq olunur. Əhali abonentləri üçün istehlak limiti aylıq hesablanır:

-200 kVt/saatadək – 8,4 qəpik;
-200–300 kVt/saat arası – 10 qəpik;
-300 kVt/saatdan artıq – 15 qəpik.

Qeyd edək ki, elektrik enerjisi üzrə limit illik deyil, ardıcıl 30 təqvim günü ərzindəki istehlaka əsasən hesablanır.

Hazırda 2027-ci il yanvarın 1-dən qaz və elektrik enerjisinin vahid tariflərinin dəyişdirilməsi ilə bağlı rəsmi qərar isə açıqlanmayıb.