Sosial

Şahbaz Quliyevin anası vəfat etdi

Şahbaz Quliyevin anası vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin dekabr ayında Ermənistanda girovluqdan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib. 

Bu barədə 7times.az-a mərhumun oğlu İlham Quliyev məlumat verib.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.

Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.