Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün təşkil olunan mətbuat konfransı 4 saatdan artıqdır davam edir.
7times.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzetinin əməkdaşı sualı vermədən öncə hər bir jurnalistin sualını cavablandırdığı və səbirli davranışı üçün dövlət başçısına təşəkkürünü bildirib.
Bu zaman isə Prezident zarafatla köməkçisi Hikmət Hacıyevi nəzərdə tutaraq “Hikmət bəy hər dəfə deyir ki, sonuncu sualdır” və “Mən etiraz etmirəm, əgər sual varsa, hazıram” deyə əlavə edib.
/qafqazinfo/
Follow @7timesaz