İsveçin Baş naziri Ulf Kristersson istefa verib.
7Times.az xəbər verir ki, Kristersson istefa məktubunu “X” hesabında paylaşaraq parlamentin spikerinə təqdim etdiyini bildirib.
BBC-nin məlumatına görə, istefa Kristerssonun rəhbərlik etdiyi siyasi blokun parlament seçkilərində məğlub olmasından sonra baş verib.
Seçkilərin nəticələrinə əsasən, müxalifət partiyaları parlamentdə 176, Kristerssonun rəhbərlik etdiyi sağçı blok isə 173 mandat əldə edib.
Follow @7timesaz


