Siyasət

Azərbaycan Qarabağda anti-terror əməliyyatına hazırlaşır? – AÇIQLAMA

Azərbaycan Qarabağda anti-terror əməliyyatına hazırlaşır? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan, bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən üçtərəfli bəyanatın müddəaları rəsmi Yerevan tərəfindən yenə pozulur. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycanın ərazilərində – Xocalı, Xankəndi və Xocavəndə hərbi xidmət üçün göndərilir. Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Yerevanda müdafiə nazirliyinin önündə toplaşan əsgər valideynlərindən aldığı müsahibələrdən aydın olur ki, erməni hərbi çağırışçılar mülki şəxs adı altında Qarabağa daşınır. Övladlarının gizli yolla Qarabağda xidmətə cəlb edilməsinə etiraz edən valideynlər buna görə Paşinyan hakimiyyəti ünvanına sərt fikirlər səsləndirirlər. Azərbaycan Xarici İşlər Nazirliyi də erməni hərbi qulluqçuların mülki şəxs adı altında Ermənistandan Qarabağa daşınmasına etiraz bildirib, bununla bağlı bəyanat yayıb. Bütün bunların fonunda Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təxris olunmuş hərbçiləri təkrar səfərbərliyə cəlb etməsinə dair məlumatlar da yayılmaqdadır.

Maraqlıdır, baş verən hadisələr onu deməyə əsas verirmi ki, Azərbaycan Qarabağda növbəti anti-terror əməliyyatına hazırlaşır?

7times.az xəbər verir ki, Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, Qarabağda anti-terror əməliyyatı ola bilər:

“Çünki bu, məhdud əməliyyatdır, yəni irimiqyaslı müharibə demək deyil. Antiterror əməliyyatı bir şəxsə və ya bir qrup şəxsə qarşı yönəlmiş olur. Ona görə də səsləndirilən fikirlər müəyyən dərəcədə doğrudur”.

Səfərbərlik məsələsinə gəldikdə isə həmsöhbətimiz Azərbaycan Ordusunun kifayət qədər qüvvəsinin olduğunu və anti-terror əməliyyatı üçün belə bir addıma ehtiyac yaranmayacağını diqqətə çtdırıb:

“Azərbaycan Ordusunun lazımi qüvvəsi var ki, bu məsələni səfərbərlik olmadan həll etsin. Anti-terror əməliyyatını, adətən, xüsusi təyinatlı dəstəmiz həyata keçirir. Lakin hazırda əsas olan odur ki, anti-terror əməliyyatından daha çox diplomatiya güclü işləsin və Laçın dəhlizinin başındakı sərhəddə biz nəzarət edə bilək. Neçə ki biz o sərhəddə nəzarət edə bilməyəcəyik, belə hallar kütləvi şəkildə olacaq”.

Ekspertin sözlərinə görə, Qarabağda genişmiqyaslı əməliyyat o səbəblə mümkün deyil ki, orada Rusiya sülhməramlıları var:

“Müharibənin başlaması üçün gərək, Rusiya sülhməramlıları oradan tamamilə çəkilib getsin.  Anti-terror əməliyyatı ola bilər, amma müharibə sülhməramlıların dövründə olmayacaq”.

Azərbaycan Qarabağda anti-terror əməliyyatına hazırlaşır? - AÇIQLAMA

yenisabah.az