Xalq artisti Fəxrəddin Manafovun xanımı Vahidə Sadıqova dünyasını dəyişib.
7times.az bildirir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında məlumat verib.
Onun sözlərinə görə, V.Sadıqova uzun sürən ağır xəstəlikdən sonra bu gün 65 yaşında vəfat edib.
Qeyd edək ki, V.Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.
Allah rəhmət eləsin!
Follow @7timesaz