Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar çağırılan VII qurultayı başa çatıb.
7times.az-ın məlumatına görə, qurultayda YAP-ın yeni İdarə Heyəti formalaşıb.
Yeni İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir. Bundan əvvəl İdarə Heyətinin 20 üzvü vardı…
Qurultayda partiyanın Siyasi Şurası ləğv edilib. Əvəzində Partiyanın Veteranlar Şurası yaradılıb. Eyni zamanda partiyanın yeni Nizamnaməsi də qəbul edilib.
Follow @7timesaz