Mədəniyyət

“Üç gün öncə dedi ki, məni evə apar” – Rəmişin xanımı

“Üç gün öncə dedi ki, məni evə apar” – Rəmişin xanımıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki ay danışmadı. Üç gün öncə asta səslə dedi ki, məni xəstəxanadan evə apar”.

7times.az xəbər verir ki, bu sözləri bir neçə saat bundan əvvəl dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynova jurnalistlərə açıqlamasında deyib.

“Evə aparmadım. İynələr onu yaman günə qoymuşdu. İynə görən kimi pisləşirdi. Ölüm anında yanında tək idim. Həkimləri çağırdım, gec gəldilər. O mənim balam idi. O da getdi”, – deyə G. Hüseynova bildirib.