Hadisə

Xudat-Nabran yolunda maşın aşdı: Xəsarət alanlar var

Xudat-Nabran yolunda maşın aşdı: Xəsarət alanlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xudat şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.

7times.az xəbər verir ki, hadisə Xudat- Nabran yolunda qeydə alınıb. VAZ-2106 markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Bəhruz İskəndərov və Natalya Suxominova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./APA