Siyasət

Bakıda bir prokurorluq əməkdaşı işdən çıxarılıb, digərinə irad tutulub

Bakıda bir prokurorluq əməkdaşı işdən çıxarılıb, digərinə irad tutulubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda əmək və icra intizamını pozan 2 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluqdan 7times.az-a verilən məlumata görə, bu barədə iyulun 17-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci ilin birinci yarımili ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirilib.

Vurğulanıb ki, 2021-ci ilin birinci yarımili ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 2 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfərə irad tutulub.

Bundan əlavə, 2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 5 nəfər mükafatlandırılmışdır.