İdman

Bu ölkə Yay Olimpiya Oyunlarından imtina etdi

Bu ölkə Yay Olimpiya Oyunlarından imtina etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qvineya milli komandası Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

7Times.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Sanussio Sou məlumat verib. O, koronavirusa yoluxma hallarının artması səbəbindən hökumətin belə bir qərar verdiyini deyib: “İdmançılarımızın sağlamlığını nəzərə alaraq Tokiodakı oyunlarda iştirak etməmək qərarı verdik”.

Fransanın “L’Equipe” nəşri isə hökumətdəki mənbələrə istinadən məlumat verib ki, Qvineya dövlətinin bu qərarı verməsinə maddi problemlər səbəb olub.

Qeyd edək ki, Afrika qitəsinin bu ölkəsi heç vaxt Olimpiya Oyunlarında medal qazanmayıb. Tokio-2020-də Qvineya 5 idmançı ilə təmsil olunmalı idi.

Xatırladaq ki, Yay Olimpiya Oyunlarının rəsmi açılışı iyulun 23-də, bağlanış mərasimi isə avqustun 8-də keçiriləcək.