Region

Azərbaycanın qələbəsi İrana neçə milyarda başa gəlib?

Azərbaycanın qələbəsi İrana neçə milyarda başa gəlib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyənin Rusiya ilə böyük ölçüdə razılaşdığı məsələlər var. Həmin razılaşmada da regional əməkdaşlıq, bölgəsəl təhlükəsizliyin təmin olunması, iqtisadi imkanların genişləndirilməsi kimi məsələlər yer alır”.

Bu sözləri Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

O bildirib ki, İranı qıcıqlandıran Azərbaycanın qələbəsidir:

“Azərbaycan müharibədə qalib gələndən sonra İran tərəfindən Azərbaycana qarşı ciddi qıcıq var. Bu ondan ibarətdir ki, Qarabağın işğal olunmuş torpaqları İranın da əlindən çıxıb, burada silah, narkotik satışını həyata keçirə bilmir, həmin torpaqlarda narkotik vasitələri əkə bilmir. İranın 100-dən artıq şirkəti qeyri-qanuni şəkildə Qarabağı tarimar edirdi. İndi onu həyata keçirə bilmir. Bununla da İranın əlindən təxminən 30-40 milyardlıq çirkli valyuta itirib.

Sadəcə bu itkiləri İran qəbul edə bilmir, yoxsa onun nə Türkiyəylə, nə də İsraillə ciddi problemi yoxdur.

Bu itkilərə görə də İran Azərbaycanın üstünə gəlmək istəyir. Azərbaycan tərəfinin mövqeyi möhkəmdir və İrana qarşı demarş xarakterli addımlarla öz mesajını verir. İran qəbul etməlidir ki, Azərbaycan əvvəllki Azərbaycan deyil. Artıq Azərbaycan regional güc və ciddi faktordur. Bu, İran geri çəkilənə qədər davam edəcək”.