Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 28-də Rusiyaya işgüzar səfərə gedəcək.
7times.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Ermənistan hökumətinin başçısı MDB ölkələri liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək.
Bundan əvvəl Paşinyan onlayn mətbuat konfransı zamanı bildirib ki, MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlə bağlı rəsmi təklif yoxdur. Amma istənilən halda, İlham Əliyevlə ünsiyyət olacaq.
Follow @7timesaz