Oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə şəhərini raket atəşinə tutub.
Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.
Düşmənin atdığı raketlərdən biri şəhərin mərkəzində yerləşən rayon sakini İlqar Fərzəliyevin evinə düşüb. Nəticədə evdə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb.
Follow @7timesaz