Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.
Sfera.az Anadolu-ya istinadən xəbər verir ki, bu barədə o, Astanadan qayıdarkən təyyarədə jurnalistlərin müvafiq suallarını cavablandırarkən bildirib.“Praqada dar çərçivədə görüşümüz oldu. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də, Ermənistan baş naziri Paşinyan da, Macarıstanın Baş naziri Viktor Orban da iştirak edirdi. Bundan sonra nümayəndə heyətləri arasında da görüşümüz oldu və təbii ki, biz bu məsələləri müzakirə etdik. Zəngəzur dəhlizi ilə bağlı heç bir problem görmürəm”.
Follow @7timesaz