Dünya

Baydenin yeniyetmə qızla biabırçı söhbəti gündəm oldu – 30 yaşına qədər… – / VİDEO

Baydenin yeniyetmə qızla biabırçı söhbəti gündəm oldu – 30 yaşına qədər… – / VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Baydenin qız uşağı ilə söhbəti zamanı “30 yaşına qədər ciddi münasibət olmur” deməsi yerli sosial media seqmentlərində müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, sosial media istifadəçiləri Baydenin qıza verdiyi tövsiyyələri birmənalı qarşılamayıb. Baydeni tənqid edənlər çox olub. Bildirilib ki, 79 yaşlı prezidentin qız uşağına belə əsassız nəsihət verməsi yaxşı davranış deyil. Dünyanın aparıcı nəşrləri də Baydeni sərt tənqid edib.

Qeyd edək ki, Kaliforniyada Bayden görüş zamanı yeniyetmə qıza 30 yaşa qədər ciddi münasibətin olmadığını deyib. Qız prezidentin sözlərini təəccüblə qarşılayıb. “Qızıma və nəvələrimə verdiyim ən önəmli tövsiyyə budur ki, 30 yaşına qədər ciddi münasibət olmur” – Bayden ifadə edib.