“Fransa prezidenti heç vaxt Azərbaycanı müdafiə etməyəcək. Çünki Makron Ermənistanın sağ əlidir. Buna görə də o çalışır ki, bu gün Ermənistanın düşdüyü çıxılmaz vəziyyətdən onları çıxarsın. Eyni zamanda Fransa prezidenti çalışır ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin əlindən kartları alsın və özü proseslərə rəhbərlik etsin. Makron bütün bunları çox ustalıqla edir”
Bunu “7Times.az”a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, Fransa terrorçu Ermənistanı müdafiə etdi və müdafiə etməkdə də davam edir:
“Azərbaycanın xarici siyasəti bu məsələlərə çox gec cavab verir. Müharibə dövründə də Makron Ermənistanı açıq şəkildə müdafiə edirdi. Amma bizim Xarici İşlər Nazirliyimiz məsələlərə laqeyd münasibət bəsləyirdi. Gərək Xarici İşlər Nazirliyi bu məsələlərdə qətiyyətli mövqelərini ortaya qoysun. Onsuz da hamıya məlumdur ki, Makronlar ölkəmizin 44 günlük müharibədə qazandığı qələbəni həzm edə bilmirlər. Sentyabrın 13-14-ü sərhəddə yenidən təxribatlar baş verdi. Elə ilk gündə Fransanın bu təxribatlara yanaşması Azərbaycan tərəfindən nəzərə alınmalı idi. Fransa terrorçu Ermənistanı müdafiə etdi və müdafiə etməkdə də davam edir.
Makron ikinci Paşinyandır. Artıq hər bir detal ortadadır. Kimin kiminlə dost olması, kimin kiminlə düşmən olması göz önündədir. Biz də buna uğrunda addımlar atmalıyıq. Həmçinin ölkənin daxilində olan düşmənlərimizin arzularına çatmalarına imkan verməməliyik. Mən deyərdim ki, Azərbaycanın zəifləməsini istəyən daxili qüvvələrin Makronla da əlaqələri var. Onların hamısının istəyi cənab Prezidentin gördüyü işlərin nəticəsiz qalmasıdır”.
7Times.az
Follow @7timesaz