Şimali Atlantika alyansının (NATO) növbəti sammiti 11-12 iyul 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.
7Times.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.
“Məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü 11-12 iyul 2023-cü ildə Vilnüsdə keçiriləcək”, – deyə TASS onun sözlərindən sitat gətirir.
Stoltenberq deyib ki, sammit zamanı NATO liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər.
Qeyd edək ki, NATO-nun Rusiya ilə hazırkı gərgin münasibətləri fonunda onun növbəti sammitinin Rusiya ilə həmsərhəd (Kalininqrad vilayəti vasitəsilə) ölkədə keçirilməsi diqqətdən yayınmır.
Follow @7timesaz