“İrana öz yerini göstərməli, bütün diplomatik əlaqələr kəsilməli və səfiri ölkəmizdən çıxması üçün vaxt verilməlidir. Əgər, buna gedilmirsə, diplomatik əlaqələr aşağı səviyyəyə salınmalıdir. İranın ölkəmizdə səfirliyi ölkəmizə qarşı terrorçu qrupların kordinasiyasinı təşkil edərək, dini məzhəb adı altında ölkəmizdə milli birliyimizi hədəf alan ideoloji işin mərkəzidir”
Bunu 7Times.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, İran Azərbaycan əlaqələrinin normallaşması yaxın perspektivdə mümkün deyil:
“Güney Azərbaycan məsələsi ilə bağlı rəsmi Bakı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bundan əlavə, İran casus-terrorçu şəbəkəsi ölkəmizdə siyasiləri hədəfə ala bilər. Çünki, Güney Azərbaycan məsələsini qaldırırıq, İranın ölkəmizə qarşı terror siyasətini ifşa edirik”.
7Times.az
Follow @7timesaz