“Ukrayna kəşfiyyatı məni heç bir halda tapa bilməz. Bütün dünya bilir ki, mən Qroznının mərkəzindəyəm. Amma Ukraynanın axmaq təhlükəsizlik xidməti məni on iki dəfədir ki, axtarışda olanlar siyahısına salıb”.
7Times.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukrayna Təhlükəsizlik Xidmətinin onu axtarışa verməsi ilə bağlı qərarını şərh edərkən belə deyib.“Mən artıq demişəm və təkrar edəcəyəm: Məni axtarmağa ehtiyac yoxdur. Yeri gəlmişkən, mən artıq bir-iki dəfə Ukraynada olmuşam və orada mənim tutulmadığımı görüb çaş-baş qalan adam görməmişəm. Görünür, Ukraynanın axtarış üsulları, yalnız internetdə axtarışlar üçün nəzərdə tutulub. Çünki mənim kəşfiyyatım bildirir ki, Ukrayna kəşfiyyatı yerimi müəyyən etmək üçün heç bir real əməliyyat tədbiri görməyəcək və bunu edə də bilməz. Elektrik enerjisi mütəmadi olaraq kəsilir, o qurumun belə şəraitdə işləməsi çox çətindir. Hava hücumu sirenaları onların işinə həmişə müdaxilə edir”, – Kadırov “Telegram” kanalında yazıb.
Follow @7timesaz