Azərbaycan müdafiə naziri Zakir Həsənov və İsrail müdafiə naziri Benyamin Qans arasında telefon danışığı olub.
7Times.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi barədə müzakirə aparıblar.
İsrail müdafiə naziri Azərbaycanın Təl-Əvivdə səfirlik açması barədə qərarına görə həmkarına təşəkkürünü çatdırıb.
İsrail Nazirlər Kabinetinin yenidən formalaşacağı ilə əlaqədar müdafiə naziri postundan ayrılacaq Benyamin Qans son illər birgə məhsuldar işə görə də Zakir Həsənova təşəkkür edib: “Mən həmçinin uzun illər ərzində İsrail və Azərbaycan arasında əməkdaşlıq və müdafiə sahəsində əlaqələrin möhkəmlənməsinə görə Zakir Həsənova təşəkkürümü çatdırdım. Bu, ölkələrimiz arasında dərin dostluğu əks etdirir. Əminəm ki, bu əlaqələr inkişaf edəcək və regiona müsbət təsir göstərəcək”.
Follow @7timesaz