Ölkə

“Bu nazirliyin səlahiyyətində olan məsələdir” – KUKLA TEATRININ RƏSMİSİ

“Bu nazirliyin səlahiyyətində olan məsələdir” – KUKLA TEATRININ RƏSMİSİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. Bildirilib ki, yoxlama ötən gündən başlayıb və bu gün də davam etdirilir. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. 

Mövzu ilə bağlı Kukla teatrının mətbuat katibi Həmidə Rüstəmova ilə əlaqə saxladıq. Həmidə Rüstəmova “7Times.az”ın əməkdaşına açıqlamasında yoxlamanın aparılmasını təsdiqləyib:

“Mədəniyyəti nazirliyi daxili əmr əsasında yoxlamalar aparır. Bununla bağlı da nazirlik sizə açıqlama verəcək. Qeyd edilən iddialar da jurnalist həmkarlarımızın fikirləridir. Bunu nə təsdiqləyə, nə də inkar edə bilərəm. Mənim açıqlama verməyə ixtiyarım yoxdur. Bu nazirliyin səlahiyyətində olan məsələdir. Yoxlamanın aparılması dəqiqdir”.