Ölkə

“Bundan sonra da təmizləmə işləri həyata keçiriləcək” – PARTİYA SƏDRİ

“Bundan sonra da təmizləmə işləri həyata keçiriləcək” – PARTİYA SƏDRİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın qarşısında çoxlu problemlər var. Biz ərazi bütövlüyümüzü müəyyən qədər bərpa etmişik. Xankəndi ətrafında problemlər də qalmaqdadır”.

Bunu “7Times”a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. O qeyd edib ki, DTX-nın Naxçıvanda əməliyyatları gözlənilən olub:

“Ölkənin daxilində də müəyyən qədər problemlər var. Belə olan halda rüşvətin və korrupsiyanın getdikcə çiçəklənməsi qətiyyən yolverilməzdir. Buna görə də tədbirlər gözlənilirdi. Əvvəl də bir sıra tədbirlər keçirilib. Bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidməti ayrı-ayrı idarələrdə, müəssisələrdə əməliyyatlar keçirib. Rüşvətə bulaşmış xeyli sayda yüksək rütbəli vəzifəli şəxslər ifşa olunub. İndi də növbə Naxçıvan Muxtar Respublikasına çatıb. Düşünürəm ki, bu əvvəldən həyata keçirilməliydi. İndiki halda bəlli olur ki, çox tükürpədici səviyyədə korrupsiya halları tüğyan edib. Buna görə də heç kimin göz yaşına baxmadan, dövlətin varını-əmlakını talamış kimlər varsa onlara qarşı sərt tədbirlər görülməlidir. Düşünürəm ki, bu işin xeyli dərəcədə təsiri olacaq. Bundan sonra da təmizləmə işləri həyata keçiriləcək. Heç kim bu prosesdən yayınmamalıdır. O cümlədən Naxçıvan və onun rəhbərliyi…”.