Ölkə

Fransa qanunverici orqanları siyasi avantüra meydanına çevrilib – Deputat

Fransa qanunverici orqanları siyasi avantüra meydanına çevrilib – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa Parlamentinin aşağı palatası yekdilliklə Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib.  Azərbaycanla Fransa arasındakı münasibətlərin normallaşması prosesinə ciddi maneə yaradan bu təqnamə tamamilə reallıqdan uzaqdır, açıq təxribat xarakteri daşıyaraq, özündə yalan müddəaları əks etdirir. Fransa Senatı tərəfindən qəbul edilən bu qətnamə heç bir hüquqi qüvvəyə malik deyil və əslində Fransanın heç də bəyan etdiyi kimi sülh prosesinə töhvə vermək istəyən ölkə olmadığını və onun birtərəfli ermənipərəst mövqeyini bariz şəkildə nümayiş etdirir”.

Bunu “7Times.az”a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. O qeyd edib ki, Fransa Senatının 2022-сi il noyabrın 15-də Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədən sonra yenidən Fransa Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etməsi birbaşa olaraq  bu ölkənin beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadığını və açıq hörmətsizlik nümayiş etdirdiyini bir daha sübut edir:

“Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən senatorlar birdəfəlik qəbul etməlidirlər ki,  Qarabağ bölgəsiAzərbaycanın beynəlxalq səviyyədə tanınan, ayrılmaz tərkib hissəsidir və Azərbaycan Respublikasının ərazisində yaşayan erməni əsilli əhalinin təhlükəsizliyi və hüquqları da ölkənin daxili məsələsi kimi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir. Bütün dünya buna şahiddir ki, 30 il müddətində davam edən işğalın sülh yolu ilə həll edilə bilməməsinin əsas səbəbkarlarından biri də elə məhz ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın fəaliyyətsizliyi, başqa sözlə desək qərəzli fəaliyyətidir. Fransa sadəcə Senatda qəbul etdiyi qətnamələrdə deyil, 30 illik işğal dövründə də daima dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, ədalətsiz və qeyri-obyektiv mövqe nümayiş etdirib. Hərkəsə aydındır ki, bu gün Fransa qanunverici orqanları siyasi avantüra meydanına çevrilib və revanşist qüvvələrin ixtiyarındadır”.

Deputat xüsusilə vurğulayıb ki, Fransa  Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfəri, regionda yaratdığı yeni reallıqları həzm edə bilmir:

“Təəssüflər olsun ki, həm 44 günlük Vətən müharibəsində, həm də münaqişənin baş verdiyi müddətdən indiyə kimi Fransa ilə Ermənistanın havadarları tərəfindən həmişə bu cür saxta və həqiqəti əks etdirməyən yanaşmalar görmüşük. Fransa  Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfəri, regionda yaratdığı yeni reallıqları həzm edə bilmir və Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə  mane olmaq üçün əlindən gələni əsirgəmir. Senatın bu qətnaməsi bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etməməklə yanaşı, qətnamədə qeyd edilən “dayanıqlı sülhün təşviq edilməsindən”  missiyasından olduqca uzaqdır”.