“9 noyabr üçtərfli razılaşması həyata keçəndən sonra Azərbaycan mövqeyini bərkitməklə məşğul olmalıdır. Təəssüf ki, ruslar və ermənilər yenidən prosesə qayıtdılar”.
Bunu “7Times.az” açıqlamasında Ağ partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli deyib. O qeyd edib ki, rus sülhməramlıları tərəfdən Azərbaycana qarşı dəfələrlə provokasiyalar həyata keçirilib:
“Ermənilər təcili surətdə qaytarıldı, ruslar da mövqelərini gücləndirdilər. Azərbaycana qarşı dəfələrlə provokasiyalar həyata keçirildi. İş o yerə çatdı ki, Rusiya hərbçilərinin gözü qarşısında erməni terrorçu Azərbaycan hərbçilərinə qumbara ilə hücum etdi. Laçın yoluna müdaxiləmizi dəstəkləyirəm. Bu çoxdan olmalı idi. Azərbaycan qısa müddətdə çalışmalıdır ki, Laçın yolu tam nəzarətə götürülsün. Ermənistan Zəngəzurdan dəhliz vermirsə, Azərbaycan Laçın yolunu bağlamalıdır. Laçın yolu bağlanadıqdan və Sərsəng su anbarı nəzarətə götürüldükdən sonra ermənilər blokadada qalacaqlar. Nəticədə bu məsələ Azərbaycanın xeyrinə həll olunmuş olacaq”.
Follow @7timesaz