“Urmiya gölünün qurudulması molla rejminin siyasətinin bir hissəsidir. Bu sistemin Azərbaycan adı ilə düşmənçiliyi var”.
“7Times” xəbər verir ki, bunu Güney Azərbaycan televiziyasının rəhbəri Əhməd Obalı Bakıda Milli Məclisin deputatları ilə görüşdə deyib.
O, hər zaman bütün şəhidlərə, qəhrəmanlara, ölkə Prezidentinə milli qüruru qaytardığına görə təşəkkür etdiyini qeyd edib:
“İllərlə arzu etdiyimiz hədəfə yaxınlaşırıq. Azərbaycan Prezidenti təkcə Qarabağı azad edən fateh yox, eyni zamanda, Güney Azərbaycandakı vətəndaşların da taleyi ilə maraqlanan Prezidentdir”.
“Bir əsrdir dilimiz qadağandır. Torpaqlarımız talan edilib. Urmiya gölünün qurudulması molla rejminin siyasətinin bir hissəsidir. Bu sistemin Azərbaycan adı ilə düşmənçiliyi var. Son iki ildə bizi tam məhv etmək üçün yeni qanun qəbul etdilər. Bu, fars dilini bilmək yetərliliyi ilə bağlıdır. İranda hər bir uşaq məktəbə getmək üçün fars dilini bilməlidir. Bilməyənlər özəl məktəbə göndəriləcək. O məktəblər da zəkası geri olanlar üçündür” – o vurğulayıb.
Follow @7timesaz