“Azərbaycan dövlətinin banisi, qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev özündən sonra çox böyük siyasi irs qoydu. Azərbaycan kimi müstəqil, müasir bir dövlətin bazasını yaratdı və ölkəmiz Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə bugünkü səviyyəsinə gəlib çatdı. Ulu Öndərin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman anılır və daim qəlblərdə yaşayacaq”.
Bunu Fəxri xiyabanda 7times.az-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.
“Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ulu Öndəri var. Bu gün Azərbaycan xalqı Ümummilli Liderin qurub yaratdığı siyası dövlətçilik məfkurəsinin bəhrələrini görməkdədir. Məhz Ulu Öndərin siyasi varisi, Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi, bilavasitə siyasi iradəsi, sərkərdəliyi ilə 2020-ci ilin noyabrında Azərbaycan xalqı və Ordusu torpaqlarımızı işğaldan azad etdi.
“Ümumiyyətlə, müasir tariximizdə çox nadir hadisədir ki, bir dövlət, bir xalq öz ərazilərini hərbi-siyasi yolla azad edir, həmçinin BMT Təhlükəsizlik Şurası qətnamələrini icra edir. Həmin dövlətçilik bazası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həm iqtisadiyyatımızın inkişafı, həm dövlət, həm də ordu quruculuğu məhz Ümummilli Lider tərəfindən düzgün istiqamətləndirildi və bu gün biz onun bəhrələrini görürük. Əminəm ki, bu gün Ulu Öndərin ruhu şaddır, çünki Azərbaycan bütövdür və ərazilərimiz işğaldan azad olunub. Ulu Öndər Heydər Əliyevin ideyaları daim yaşayacaq, onun siyasəti xalqa xidmət etməyə davam edəcəkdir”, – deyə Azay Quliyev qeyd edib.
Fuad
Follow @7timesaz