Gündəm

“Aksiya tələblər yerinə yetirilənə qədər davam edəcək” – Vüqar Zifəroğlu

“Aksiya tələblər yerinə yetirilənə qədər davam edəcək” – Vüqar Zifəroğlubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ötən gün Şuşa-Laçın yolunda başlatdıqları aksiya davam edir. Azərbaycanda gündəmin ən önəmli hadisəsinə çevrilən dinc etirazlara dəstək məqsədilə on minlərlə insan aksiyaya qoşulmağa hazır olduğunu bəyan edib.

Mövzu ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin sədr müavini Vüqar Zifəroğlu ilə həmsöhbət olduq. O “7Times.az“a açıqlamasında qeyd edib ki, aksiyada əsas tələblərdən biri də həmin yataqlarda monitorinq aparılmasına şərait yaratmalı olduğu halda, mane olan “sülhməramlı”ların komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsidir:

“Bildiyiniz kimi, dekabrın 12-dən etibarən Azərbaycan QHT-ləri və ekoloqlarının Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Şuşa -Xankəndi yolunda etiraz aksiyasi keçirməkdədirlər. Vətəndaş cəmiyyətinin təmsilçiləri, eləcə də aksiyaya qatılan fəallah tam haqlı olaraq Rusiya “sülh məramlıları”nın müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edirlər. Əsas tələblərdən biri də həmin yataqlarda monitorinq aparılmasına şərait yaratmalı olduğu halda, mane olan “sülhməramlı”ların komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsidir. Aksiyanın əsas şüarı da “ekoloji terrora son!” tələbədir. Lakin hələlik rus generalı aksiya iştirakçıları ilə görüşməkdən, tələbləri dinləməkdən imtina edir. İstər aksiya iştirakçıların sayının artması, istərsə də müşahidə edilən böyük ruh yüksəkliyi onu deməyə əsas verir ki, aksiya tələblər yerinə yetirilənə qədər davam edəcək”.