“Rusiya Ukraynadakı müharibəni artıq uduzub. Buna baxmayaraq, müharibənin başa çatmağına hələ çox var”.
7Times.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Frans Timmermans bildirib.
Onun sözlərinə görə, Rusiya tam təcrid vəziyyətindədir.
“Rusiya indi beynəlxalq arenada tam təcrid vəziyyətindədir. Sanksiyalar ona ağır zərbə vurur və Rusiyanın başlatdığı müharibə indi ona baha başa gəlir”, – deyə Timmermans vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiyaya tətbiq olunan sanksiyalar hələ uzun müddət davam edəcək.
Follow @7timesaz