Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa paytaxt Bakıdakı tıxac problemi ilə bağlı dövlət qurumlarını sərt tənqid edib.
7Times.az xəbər verir ki, onun sözlərinə görə, dövlət qurumları hazırda bütün Azərbaycan vətəndaşlarının, xüsusən Bakı sakinlərinin zülm çəkdiyi tıxac probleminin həllində aciz qalıb. O bildirib ki, yol infrastrukturu düzgün qurulmayıb və problemlə bağlı hər hansı konsepsiya ortaya qoyulmayıb.
F. Mustafa tıxac probleminin həlli istiqamətində şəffaf tender keçirilməsini təklif edib.
Ətraflı videoda: