“Bu, həm də İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir”
“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum terror hadisəsi olmaqla yanaşı, İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir. Adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası daxil olmaqla beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması anlamına gəlir”.
Bunu 7Times.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkilinin fikrincə, son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır: “Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək gücündədir. Bütün bunlarla yanaşı, bir müddət öncə İrəvan ilə qardaşlaşan Tehran şəhərində son hadisə “qırmızı xətt”in keçildiyini bir daha təsdiq edir“.
Follow @7timesaz