Azərbaycan xalqının müstəqillik mücadiləsinin ilk günlərindən dövlətçiliyimizin bərpa olunmasına qarşı çıxan, torpaqlarımıza qarşı yönəlmiş Erməni təcavüzünü başından bəri var gücüylə dəstəkləyən Tehran rejimi bu gün daha xain və ağır faciə ilə nəticələnən bir terror aktı gərçəkləşdirdi. İran dövləti tərəfindən gerçəkləşdirildiyi açıq-aydın görünən bu terror aktı üçün İran həm hüquq, həm də insanlıq qarşısında məsuliyyət daşıyır. Unutmaq olmaz ki, İranın mürtəce teokratik rejimi öz qaranlıq niyyətlərini bu gün tam olaraq həyata keçirə bilməsə də, hətta bundan sonra bir müddət dostluq məsajları versə də ölkəmizə yönəlik düşmən fəaliyyətlərini heç bir zaman dayandırmayacaqdır. Tehran rejimindən gələn təhdidlərin davam edəcəyini, buna görə də xalqımızın bu ikiüzlü rejimə qarşı uzun müddətli və ciddi bir mübarizəyə girişməsinin zəruri olduğunu düşünürük. Təbii ki, dövlətimiz buna hazır olmalı, təhlükəni ortadan qaldırmaq üçün əsaslı tədbirlər görməli və xalqımız bu problemlərə həssaslıqla yanaşmalıdır. Bütün bunları nəzərə alaraq MHB (Milli Hərəkatçılar Birliyi) məsələni diqqət mərkəzində tutmaqla bərabər indiki mərhələdə həyata kəçirilməsini zəruri bildiyi tədbirlərin bir hissəsinə aid bəzi təkliflərini Azərbaycan ictmaiyyətin diqqətinə çatdırır:
1. İran dövləti Azərbaycan dövlətindən rəsmi üzr istəməli və təzminat ödəməli, bu gərçəkləşənə qədər diplomatik əlaqələr minumum səviyyəyə endirilməli, başqa sahələrdəki əlaqələr isə tamamilə kəsilməlidir.
2. Azərbaycan XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət edərək, “İran həyatınız üçün təhlükəlidir, orada qalmanız və səyahət etməniz məsləhət görülmür məzmunlu bir xəbərdarlıq yayımlamalıdır.
3. İran’dan idxalat və ixracat tədricən azaldılmalı və zaman içində minimuma endirilməlidir.
4. Orxan Əsgərova şəhid statusu vərilməli, cənazəsi dövlət mərasimiylə qaldırılmalı, bunun umumxalq tədbri olaraq gərçəkləşdirilməsi təmin edilməlidir.
5. Səfirlik binasında böyük bir qətliamın qarşısının alınması üçün cəsarətlə düşməni zərərsizləşdirilən əməkdaşlar dövlət səviyyəsində təltif edilməlidir.
6. Əlbəttə, bu yolla məqsədinə nail ola bilməyən İran terrorizmi yaxın və ya uzaq gələcəkdə başqa hücumlar da həyata keçirəcəkdir. Bunu nəzərə alaraq, dövlətimiz İrandan gələn təhdidlərə qarşı her an hazır olmalıdır.
7. Səfirliyimizin əməkdaşları tərəfindən zərərsizləşdirilən terorrist İran dövlətinə təslim edilməməliydi. Ən azından indiki mərhələdə Tehrana peşəkar bir istintaq qrupu göndərilərək, cinayətkarın ifadəsinin alınması və bununla ilgili bütün istintaq mərhələlərində aktiv iştirakı təmin edilməlidir.
8. Azərbaycanda radikal məzhəbçi ideologiyanın yayılmasından başka heç bir məqsədə xidmət etməyən və müxtəlif adlar altında fəaliyyət göstərən bütün İran mərkəzləri təcili qapadılmalıdır.
9. Azərbaycan din qurumlarının İranın məzhəbçi qurumları ilə əməkdaşlığına son verilməlidir. 10. QMİ bu hadisəni lənətləməli və İran din çevrələriylə əmakdaşlığa son verdiyini açıqlamlıdır.
Sayğılarımızla,
Milli Hərəkatçılar Birliyi
Follow @7timesaz