Siyasət

“Putin məni raketlə hədələdi”- Boris Conson

“Putin məni raketlə hədələdi”- Boris Consonbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin ötən il telefon danışığında onu raket zərbəsi ilə hədələdiyini bildirib.

7Times.az xəbər verir ki, o bu barədə BBC-yə müsahibəsində deyib.O bildirib ki, danışıq Moskvanın Ukraynanı işğal etməsindən əvvəl baş tutub.

“O, bir anda məni hədələdi və dedi: “Bilirsən, Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bu, sadəcə bir dəqiqə çəkər.”,- deyə sabiq nazir bildirib.

Nə Putin, nə də Kreml iddia edilən təhdidlə bağlı açıqlama verməyib.