Dünya

Bunu etsəydik, Ukraynada müharibə olmazdı – Conson

Bunu etsəydik, Ukraynada müharibə olmazdı – Consonbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın NATO-ya daxil olması ilə bağlı diplomatiya ikibaşlı olub”.

 

7Times.az  “Unian”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

 

“Əgər biz Ukraynanın NATO-ya üzv olması ilə bağlı dediyimizi əmələ keçirsəydik, ardıcıl olsaydıq, bu faciələr baş verməzdi”, – deyə eks-baş nazir bildirib.

 

Conson Ukraynanın NATO üzvü olacağı təqdirdə Rusiyanın bu ölkəyə hücumdan çəkinəcəyini əlavə edib.

 

Qeyd edək ki, 2008-ci ildə keçirilmiş NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstana “üzvlük hərəkət planı” verilməsi barədə konsensus əldə etmək mümkün olmamışdı.