32 il əvvəl bu gün Azərbaycan SSR-in adı və bayrağı dəyişdirildi, dövlətin adı Azərbaycan Respublikası, bayrağı isə ADR-in üçrəngli bayrağı elan olundu.
7Times.az məlumatına görə, bunu tarixçi Tural Həmid deyib.
O bildirib ki, həmin qanunu noyabrın 29-da Prezident Ayaz Mütəllibov Naxçıvan MR deputatı Heydər Əliyevin müraciətindən sonra imzalamışdı.
1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət bayrağı haqqında qanun qəbul etdi və üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verildi.
Follow @7timesaz