Türkiyədə baş verən zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirilib
7Times.az xəbər verir ki, Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələri gecə saatlarında Bakıya gətirilib.
Tələbələrin cənazəsini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri olan – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.